MDB
Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
Kremlin sözçüsü Dmitri Peskovun həyat yoldaşı, fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Tatyana Navka Avropa İttifaqı tərəfindən ona qarşı tətbiq edilən sanksiyalara etiraz olaraq məhkəməyə müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Aİ Navkanı 2022-ci ilin iyun ayında sanksiya siyahısına əlavə edib. Peskovun qızı Yelizaveta və oğlu Nikolay da eyni siyahıda yer alıb.
Brüssel bildirmişdi ki, Aİ-yə giriş qadağası və maliyyə məhdudiyyətlərini əhatə edən sanksiyalar "Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini sarsıdan və ya təhdid edən hərəkətlərlə əlaqədar" tətbiq edilib.
Navka Aİ Məhkəməsi vasitəsilə ona qarşı sanksiyaları ləğv etməyə çalışır.
İddia ərizəsində deyilir ki, o, ona məhdudiyyətlərin tətbiq edilməsi üçün əsasların düzgün göstərilmədiyini, qanunun tətbiqində və faktiki halların qiymətləndirilməsində səhvlərə yol verildiyini və Aİ-nin onunla sanksiyalarının məqsədi arasında kifayət qədər əlaqəni sübut edə bilmədiyini iddia edir.
Navka Avropa Birliyi Şurasından maddi ziyana, eləcə də nüfuzuna dəyən ziyana və digər qeyri-maddi itkilərə görə ümumilikdə 2 milyon avrodan bir qədər çox kompensasiya tələb edir.
Belə çıxır ki, Brüsselin sanksiyalarla bağlı iddialarını qəbul etməyən Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir, yəni Kremlin siyasətinə qarşı çıxır.
Müəllif: Tural
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı












.jpg)



.jpg)


.png)



.jpg)














