MDB
Ukrayna Rusiyanın bu vilayətlərini vurdu: Ölən və yaralananlar var
Ukrayna ordusu Rusiyanın Rostov, Belqorod və Ryazan vilayətlərinə silsilə zərbələr endirib.
Publika.az xəbər verir ki, Rostov vilayətinin qubernatoru Yuri Slyusarın sözlərinə görə, Taqanroq şəhərində raket qalıqları çoxmərtəbəli yaşayış binasının üzərinə düşüb. Hadisə nəticəsində bir qadın ölüb, bir kişi yaralanıb. Binanın sakinləri təxliyə olunub, onlar üçün müvəqqəti yerləşdirmə məntəqəsi yaradılıb.
Belqorod vilayətində isə pilotsuz uçuş aparatının yük maşınına zərbə endirməsi nəticəsində bir mülki şəxs həlak olub. Yerli hakimiyyət yük avtomobilinin tamamilə yandığını açıqlayıb.
Ryazan vilayətinin qubernatoru Pavel Malkov bildirib ki, Ukraynanın PUA hücumunun dəf edilməsi zamanı qalıqların sənaye obyektlərinə düşməsi yanğına səbəb olub. Hadisə nəticəsində altı nəfər xəstəxanaya yerləşdirilib. Onların həyatına təhlükə olmadığı qeyd edilib.
Məlumata görə, Ryazandakı "Wildberries" logistika mərkəzinin əməkdaşları da təhlükəsizlik məqsədilə təxliyə edilib.
Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında qarşılıqlı hava hücumları son aylarda daha da intensivləşib.
Müəllif: Adəm
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı












.jpg)



.jpg)


.png)



.jpg)














