MDB
Rusiya Pavel Durovu beynəlxalq axtarışa verdi: Nədə ittiham olunur?
“Telegram”ın qurucusu Pavel Durov Rusiya tərəfindən beynəlxalq axtarışa verilib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Durov Ukrayna kəşfiyyat orqanlarının gənc rusları təxribat və terror fəaliyyətlərinə cəlb etmək üçün “Telegram” çatbotu "Dayvinchik/Leo - Tanışlıq, Söhbət və Yeni Dostlar"dan istifadə etməsi ilə bağlı cinayət işində "terror fəaliyyətinə kömək etmək"də ittiham olunur.
"Telegram”ın administrasiya rəhbəri P.Durov Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi (terror fəaliyyətinə kömək) ilə davam edən cinayət işi üzrə ittiham olunub. O, beynəlxalq axtarışa verilib", - deyə FSB-nin açıqlamasında bildirilir.
Agentlik qeyd edir ki, 2025-ci ilin iyul ayından etibarən Moskva, Sankt-Peterburq və digər şəhərlərdə 12 yaşdan 22 yaşa qədər 46 Rusiya vətəndaşı saxlanılıb. Onlar bu kanal vasitəsilə cəlb ediliblər və Ukrayna kəşfiyyat orqanlarının əmri ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlardan tutmuş nəqliyyat və rabitə obyektlərinə yanğın hücumlarına qədər müxtəlif təxribat aktları törədiblər. Cinayət məsuliyyəti yaşına çatmış cinayətkarlar ittiham olunub və uzunmüddətli həbs cəzası ilə üzləşiblər.
FSB qeyd edib ki, tanışlıq çatbotu qadağan olunmuş məlumatlar ehtiva etdiyinə görə 23 dekabr 2025-ci ildə “Roskomnadzor”un qadağan olunmuş saytlar reyestrinə əlavə edilib. Lakin “Telegram” messencer administrasiyası nə bu məlumat, nə də Ukrayna kəşfiyyat orqanları və terror təşkilatları tərəfindən təxribat, kütləvi qətl və kiberfırıldaqçılığı planlaşdırmaq və əlaqələndirmək üçün istifadə edilən digər kanalları silməyib.
205.1-ci maddənin 1.1-ci hissəsinə əsasən, Durov 8 ildən 15 ilə qədər və ya ömürlük həbs cəzası ilə üzləşə bilər.
Müəllif: Tural
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı












.jpg)



.jpg)


.png)



.jpg)














