MDB
Ukrayna dronları nəhəng şirkəti qorxutdu: Rusiyadan bu türk dövlətinə qaçır
Ukraynanın Rusiyadakı logistika mərkəzlərinə endirdiyi PUA zərbələrindən sonra Rusiyanın ən böyük marketpleysi "Wildberries" Qazaxıstanda iri anbarlar axtarmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Kommersant" daşınmaz əmlak bazarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, şirkət ümumilikdə 100 min kvadratmetr sahəsi olan anbarlar icarəyə götürmək niyyətindədir. Mənbələrin sözlərinə görə, "Wildberries" Ukrayna dronlarının mümkün hücumlarından logistika imkanlarının bir hissəsini qorumaq üçün Qazaxıstandakı bütün boş anbar sahələrini dəyərləndirir.
Lakin bu planın həyata keçirilməsi asan görünmür. 2025-ci ilin sonuna olan məlumata əsasən, Qazaxıstanda keyfiyyətli logistika sahələrinin ümumi həcmi 1,9 milyon kvadratmetr olsa da, onların cəmi 5,8 faizi boşdur. Ekspertlər bildirirlər ki, ölkədə 100 min kvadratmetrlik vahid anbar kompleksi mövcud deyil.
Mənbələr həmçinin bildiriblər ki, "Wildberries" Rusiyada da logistika infrastrukturunu genişləndirməyə çalışır. Ancaq bir sıra anbar sahibləri PUA hücumları riskinə görə şirkətlə yeni icarə müqavilələri bağlamaq istəmirlər.
Şirkətin mətbuat xidməti isə bildirib ki, Qazaxıstanda logistik mərkəzlərin tikintisi əvvəlcədən təsdiqlənmiş plan çərçivəsində həyata keçirilir. Hazırda Almatıda 100 min kvadratmetrdən çox, Astanada isə 160 min kvadratmetrdən artıq sahəyə malik logistika mərkəzlərinin inşası davam edir. Şirkət əlavə edib ki, əsas məqsəd malların müxtəlif anbarlar arasında daha səmərəli bölüşdürülməsi və tərəfdaşların iqtisadi dayanıqlığının artırılmasıdır.
Müəllif: Adəm
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə22 Avqust 20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Region22 Avqust 19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin122 Avqust 18:48Faiq Ağayevə ağır itki üz verdi




































