MDB
Rusiyada havada dəhşət: Mühərrik alışdı, 166 sərnişin...
Rusiyanın S7 Hava Yollarına məxsus "Airbus A320" sərnişin təyyarəsi Novosibirskdən Krasnodara uçarkən mühərrikdə baş verən nasazlıq səbəbindən geri qayıtmağa məcbur olub.
Publika.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Şərq Nəqliyyat İdarəsinin məlumatına görə, ilkin versiyaya əsasən, uçuş zamanı mühərrikdə yanğın baş verib. Təyyarədə 166 nəfər, o cümlədən 6 ekipaj üzvü olub. Ekipaj alovu öz gücü ilə söndürərək təyyarəni təhlükəsiz şəkildə Novosibirskdəki Tolmaçyovo hava limanına endirib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı hava nəqliyyatının istismarı və təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə araşdırma aparılır.
S7 aviaşirkəti isə bildirib ki, uçuş zamanı yanğın siqnalı işə düşdükdən sonra ekipaj geri qayıtmaq qərarı verib. Sərnişinlərin Krasnodara ehtiyat təyyarə ilə göndərilməsi planlaşdırılıb.
Bu, yay mövsümünün əvvəlindən bəri Rusiyada sərnişin təyyarəsinin mühərriki ilə bağlı havada qeydə alınan üçüncü ciddi insidentdir. İyunun 22-də "Red Wings" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" təyyarəsində mühərrik örtüyü qopmuş, iyunun 17-də isə "Smartavia" şirkətinin "Boeing 737-800" təyyarəsi mühərrik nasazlığı səbəbindən Soçiyə geri dönmüşdü.
Qərb sanksiyalarından sonra ehtiyat hissələri və texniki xidmətlə bağlı yaranan problemlər səbəbindən Rusiyada mülki aviasiyada nasazlıqların artdığı bildirilir. Məlumata görə, 2025-ci ildə uçuşların pozulmasına səbəb olan texniki nasazlıqların sayı əvvəlki illə müqayisədə dörd dəfə artaraq 800 hadisəyə çatıb. Bundan başqa, ölkədə qalan genişgövdəli "Boeing" və "Airbus" təyyarələrinin üçdə birindən çoxunun istismardan çıxarıldığı qeyd olunur.
Müəllif: Adəm
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda



























.jpg)



