MDB
Jirinovskinin milyonluq evləri satışa çıxarıldı: Oğulları arasında miras davası böyüyür
Rusiyanın mərhum siyasətçisi Vladimir Jirinovskinin böyük oğlu David Qarsiya (əvvəlki adı İqor Lebedev) atasına məxsus elit daşınmaz əmlakı satışa çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, o, Moskvanın Oçakovo-Matveyevsk rayonunun Nejinskaya küçəsində yerləşən qapalı yaşayış kompleksindəki iki taunhausu (townhouse - mənzil və fərdi evin xüsusiyyətlərini özündə birləşdirən, yan-yana birləşmiş, bir neçə mərtəbəli və hər birinin ayrı girişi olan rahat yaşayış binası) ümumilikdə 239 milyon rubla (təxminən 5 milyon 162 min manat) satışa çıxarıb.
Vladimir Jirinovski bu evlərdən birində 20 ildən artıq yaşayıb. Taunhauslardan biri 3 sot torpaq sahəsində yerləşir və 332 kvadratmetr sahəyə malikdir. İkinci obyektin texniki göstəriciləri açıqlanmayıb.
Məlumata görə, siyasətçinin digər oğlu Oleq Jirinovski isə atasına məxsus taxta bağ evini əldə etməyə çalışır. O, həmin malikanəni Vladimir Jirinovskinin xatirəsinə muzeyə çevirmək niyyətindədir.
Qeyd edək ki, İqor Lebedev 2021-ci ildə adını rəsmi olaraq David Qarsiya olaraq dəyişdirib və siyasətdən uzaqlaşıb.
Müəllif: Adəm
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda



























.jpg)



