MDB
Rusiyaya kütləvi PUA HÜCUMU: Xəzər Donanması və “Wildberries”in anbarı vurulur
Ukrayna Silahlı Qüvvələri (USQ) pilotsuz uçuş aparatları ilə Tatarıstanı və Dağıstandakı Kaspiysk limanını hədəfə alıb.
Publika.az xəbər verir ki, bu barədə “Bloknot Rossii” “Teleqram” kanalı məlumat yayıb.
Məlumata görə, Kazan, Zelenodolsk və Nijnekamsk şəhərlərində yerləşən neft emalı zavodları və anbarlar hücuma məruz qalıb.
Bildirilir ki, hazırda Dağıstanın Kaspiysk şəhərində yerləşən və Xəzər Donanmasının bazasının da olduğu limana pilotsuz uçuş aparatları ilə hücum davam edir.
İyulun 31-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Volqoqrad şəhərinə də pilotsuz uçuş aparatları ilə hücum edib. Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovun sözlərinə görə, kütləvi PUA hücumu nəticəsində Traktorozavodski rayonunda çoxmənzilli yaşayış binasına və Krasnoarmeyski rayonunda fərdi yaşayış evinə ziyan dəyib.
Dron hücumu Volqoqradın cənubunda yerləşən yanacaq-energetika kompleksinə aid sənaye müəssisəsində yanğına səbəb olub. Bundan başqa, Dzerjinski rayonunda anbarlar, o cümlədən “Wildberries” şirkətinə məxsus logistika obyekti də alovlanıb. Bölgə rəhbəri hadisə nəticəsində beş nəfərin xəsarət aldığını bildirib.
Həmçinin gecə saatlarında Rostov vilayətinin Qukovo şəhərinə PUA hücumu zamanı çoxmənzilli yaşayış binasına ziyan dəyib. Vilayət qubernatoru Yuri Slyusarın sözlərinə görə, dronun düşməsi nəticəsində mərtəbələrarası konstruksiyalar dağılıb. Binanın sakinləri müvəqqəti yerləşdirmə məntəqəsinə təxliyə olunublar. Hadisə nəticəsində iki nəfər xəsarət alıb, onlardan biri dağıntılar altında qalıb. Hazırda xilasetmə əməliyyatı davam etdirilir.
Hüseyn İbadlı
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)














