MDB
Ukrayna Rusiyaya PUA zərbələri endirdi: Yaralılar var
Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiyanın bir neçə bölgəsinə kütləvi hücum həyata keçirib.
Publika.az xəbər verir ki, ən ciddi nəticələr Volqoqrad vilayətində qeydə alınıb.
Vilayət qubernatoru Andrey Boçarovun sözlərinə görə, Volqoqradda çoxmərtəbəli və fərdi yaşayış evlərinə ziyan dəyib, yanacaq-energetika kompleksinə məxsus sənaye müəssisəsində yanğın baş verib. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hücum zamanı "Wildberries" şirkətinin Volqoqraddakı logistika mərkəzində də yanğın baş verdiyi bildirilib. Şirkətin yaydığı məlumata görə, əraziyə fövqəladə xidmət əməkdaşları cəlb olunub, dəyən ziyanın həcmi dəqiqləşdirilir.
PUA hücumları Rostov vilayətini də hədəf alıb. Qubernator Yuri Slyusarın açıqlamasına əsasən, 2 nəfər yaralanıb.
Sevastopolda isə hava hücumundan müdafiə qüvvələri və mobil atəş qrupları pilotsuz uçuş aparatlarının hücumunun qarşısını alıb. Şəhər rəhbəri Mixail Razvojayev iki PUA-nın məhv edildiyini, hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini davam etdirdiyini bildirib.
Adəm
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)














