MDB
Rusiyada nəhəng anbar yandı: Milyonlarla dəyəri olan məhsullar məhv oldu - VİDEO
Rusiyanın Vladivostok şəhərində iyulun 31-i səhər saatlarında iri yanğın baş verib.
Publika.az xəbər verir ki, Dneprovskaya küçəsində yerləşən anbar binasında başlayan yanğının ilkin sahəsi 1000 kvadratmetr olsa da, qısa müddətdə alov 5000 kvadratmetrə yayılıb.
Hadisə barədə məlumat yerli vaxtla saat 07:16-da daxil olub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları altı dəqiqə sonra əraziyə çataraq söndürmə işlərinə başlayıblar. Güclü qara tüstü şəhərin müxtəlif yerlərindən görünüb.
Yanğının DNS şirkətinə məxsus anbar hissəsində baş verdiyini şirkətin həmsahibi və direktoru Dmitri Alekseyev təsdiqləyib. Onun sözlərinə görə, bütün əməkdaşlar vaxtında təxliyə edildiyi üçün xəsarət alan olmayıb.
Direktor bildirib ki, dəymiş zərərin həcmini qiymətləndirmək hələ tezdir. Lakin anbarın çox böyük olduğunu və oradakı məişət texnikasının demək olar ki, tamamilə məhv olduğunu qeyd edib.
Yanğın zamanı havaya zəhərli maddələrin yayıldığı bildirilir. Yerli hakimiyyət sakinlərə pəncərələri açmamağı və zərurət olmadıqca küçəyə çıxmamağı tövsiyə edib.
FHN söndürmə işlərinin güclü külək və hidrantlarda su təzyiqinin aşağı olması səbəbindən çətinləşdiyini açıqlayıb. Yanğınsöndürənlər suyu xüsusi maşınlarla hadisə yerinə daşıyırlar.
Şirkət müştərilərinə Vladivostok üzrə sifarişlərin çatdırılmasının müvəqqəti dayandırıldığını da elan edib. Qeyri-rəsmi məlumata görə, anbarda on milyonlarla rubl dəyərində məişət texnikası yanaraq məhv olub. Yanğın lokallaşdırılsa da, söndürmə işləri davam edir.
Müəllif: Adəm
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)














