MDB
Xmelnitskidə güclü partlayış: Göbələk formasında tüstü qalxdı
Ukraynanın qərbində yerləşən Xmelnitski şəhərində güclü partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə "İnsayder" nəşri hadisə yerindən yayımladığı fotolara istinadən məlumat yayıb.
Bildirilib ki, partlayışdan sonra səmaya göbələk formasında nəhəng tüstü qalxıb, hadisə ocağında isə ikinci dərəcəli partlayış qeydə alınıb. Diqqətçəkən məqam isə odur ki, hadisə zamanı bölgədə hava həyəcanı elan edilməyib.
Xmelnitski Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Tyurin şəhərdə bir neçə partlayışın baş verdiyini təsdiqləyib. Onun sözlərinə görə, ilkin məlumata əsasən, ölən və yaralanan yoxdur. Hazırda hadisə yerində aidiyyəti qurumlar işləyir, insidentin səbəbləri araşdırılır. Tyurin sakinləri yalnız rəsmi mənbələrə etibar etməyə çağırıb.
Bir sıra KİV-lərin məlumatına görə, partlayışlar iyulun 31-nə keçən gecə Rusiya Silahlı Qüvvələrinin Ukraynaya endirdiyi kütləvi zərbələrin tərkib hissəsi olub. İddialara əsasən, zərbələr şəhərin cənub ətrafına, Ukrayna Silahlı Qüvvələrinin iri hərbi anbarlarının və aviasiya infrastrukturunun yerləşdiyi ərazilərə endirilib. Hücum zamanı "İsgəndər-M" ballistik raketləri, "Sirkon" hipersəs raketləri, X-101 qanadlı raketləri və "Geran" pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir.
Müəllif: Adəm
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)














