MDB
Daşkənddə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olundu
Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə ana dilimizin xalqımızın milli kimliyinin və mənəvi irsinin qorunmasındakı müstəsna rolu barədə ətraflı məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev ana dilimizin qorunmasına, saflığının təmin edilməsinə və tətbiq imkanlarının genişləndirilməsinə daim xüsusi diqqət göstərir. Bu xüsusda dövlət başçısının “Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti” sözləri xüsusi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin inkişafı, tətbiq imkanlarının genişləndirilməsi və beynəlxalq aləmdə təbliği istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Azərbaycan dili kurslarının tələbələri Azərbaycan dilinin zənginliyi, milli dəyərlərin yaşadılmasındakı rolu və ana dilinə bağlılığın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Proqram çərçivəsində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş videosüjet iştirakçılara təqdim edilib.
Sonda Mərkəzin fəaliyyətinə yeni qoşulan gənclər üçün tanışlıq ekskursiyası təşkil edilib. İştirakçılar burada fəaliyyət göstərən muzeylər və kitabxana ilə tanış olub, ekspozisiyalar, eksponatlar və kitab fondu barədə ətraflı məlumat alıblar.
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ

















.jpg)





.jpg)














