MDB
Rusiyadan İrəvana xəbərdarlıq: Satış gəlirlərinin 83,9%-ni itirəcəksiniz!
Əgər Ermənistan əriyinin Rusiya bazarına tədarükü dayandırılsa, İrəvan ərik ixracından əldə etdiyi gəlirin 80%-dən çoxunu itirmək riski ilə üzləşəcək.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Nəşr milli statistika xidmətlərinin məlumatlarına istinad edib.
Qeyd edilib ki, Ermənistanda ərik satışları mövsümi xarakter daşıyır. İrəvan meyvələri digər ölkələrə may ilə sentyabr-oktyabr ayları arasında göndərir.
Ötən il Ermənistan digər ölkələrə ərik ixracından 12,2 milyon dollar qazanıb. Rusiya isə 10,3 milyon dollar (818 milyon rubldan çox-red.) dəyərində ərik alıb ki, bu da Ermənistanın satış gəlirlərinin 83,9%-ni təşkil edir.
Rusiya ilə yanaşı Gürcüstan, Belarus və Birləşmiş Ərəb Əmirlikləri də Ermənistandan xeyli ərik alır. Gürcüstan bu idxala 540.600, Birləşmiş Ərəb Əmirlikləri 205.900, Birləşmiş Ərəb Əmirlikləri isə 62.900 dollar xərcləyib.
Xatırladaq ki, "Rosselxoznadzor" (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət-red.) iyun ayında Ermənistandan çəyirdəkli meyvə və üzüm idxalını məhdudlaşdırmışdı. Bu qərar əsasən ərik, albalı, gavalı, nektarin, gilas, şaftalı və təzə üzüm ixracına təsir edib. Qurum qərarın tədarük məsələləri ilə bağlı pozuntuların aşkarlanması səbəbindən verildiyini iddia edib. Əslində isə xarici KİV bunu Rusiya-Ermənistan münasibətlərində yaranmış gərginliklə əlaqələnirir.
Müəllif: Tural
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ

















.jpg)





.jpg)














