MDB
Moskva İrəvanı balıqla "vurmuşdu", Ermənistan yeni idxalçı tapdı
Ermənistan Gürcüstana balıq məhsullarının ixracına başlamaq üçün Tbilisi ilə danışıqları başa çatdırıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Nəşr Ermənistanın Gürcüstandakı səfirliyinə istinad edib.
Səfirlik ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün Gürcüstan hökuməti ilə işləməyə davam edəcəyini bəyan edib.
Xatırladaq ki, "Rosselxoznadzor" Ermənistandan Rusiyaya idxal olunan bəzi məhsullara məhdudiyyət qoyub. Xüsusilə, may ayının sonundan etibarən Rusiyaya gül və mineral suların, eləcə də üç şirkətin məşhur konyakları da daxil olmaqla bəzi spirtli içkilərin idxalı dayandırılıb. 2 iyundan etibarən isə Ermənistandan albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin və üzümün idxalı məhdudlaşdırılıb. Bundan başqa 3 iyundan etibarən "Rosselxoznadzor" Ermənistandan badımcan, kartof və quru meyvələrin idxalına da müvəqqəti məhdudiyyətlər elan etdi. İyunun 26-da isə məlum oldu ki, son məhdudiyyətlər siyahısına Ermənistanın balıq məhsulları da daxil edilib.
Müəllif: Tural
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ

















.jpg)





.jpg)














