MDB
Tokayevin Sanduya verdiyi ad günü hədiyyəsinin qiyməti açıqlandı - Paşinyan nə verib?
Moldova prezidenti Maya Sandu Ukrayna lideri Volodimir Zelenski, Ermənistanın Baş naziri Nikol Paşinyan və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevdən hədiyyələr alıb.
Publika.az “newsmaker.md” saytına istinadla xəbər verir ki, Zelenski ona 16.500 lei (təxminən 1600 manat) dəyərində əl işi dəsmal hədiyyə edib.
Ən bahalı hədiyyə Tokayevin olub. Qazaxıstan lideri Sanduya ad günündə 20.500 lei (təxminən 2000 manat) dəyərində sarı qızıl boyunbağı verib.
"Kazak Barokkosu" dəsmalı ukraynalı modelyer Aleksandra Telienko tərəfindən hazırlanıb. Paşinyan Sanduya gümüş qabda "Ermənistan ətri" şamı hədiyyə edib. Şamın qiyməti açıqlanmayıb.
Sandunun bəyannaməsi onun məcburi illik hesabatının bir hissəsi kimi dərc edilib. Bütün hədiyyələr Moldova qanunlarına uyğun olaraq bəyan edilib.
Müəllif: Tural
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?






















.jpg)














