MDB
Moskvaya PUA hücumu: Anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
Rusiyanın Moskva vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücum nəticəsində 5 nəfər ölüb, daha 6 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat yayıb.
Onun sözlərinə görə, səhər saatlarında hava hücumundan müdafiə qüvvələri PUA hücumunu dəf etsə də, Novoselki sənaye zonasında pilotsuz aparatların düşməsi nəticəsində bir neçə yanğın baş verib. Ən böyük yanğın anbarlardan birində qeydə alınıb və artıq açıq alov söndürülüb.
"İlkin məlumata görə, beş nəfər həlak olub, altı nəfər yaralanıb. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir", - Vorobyov "Telegram" kanalında yazıb.
Hücum nəticəsində elektrik yarımstansiyası və inzibati bina da zədələnib. Hadisə yerində yanğınsöndürənlər və digər fövqəladə xidmətlər işləyirlər.
Zərbənin əsas fəsadları Çexov bələdiyyə dairəsində qeydə alınıb. Novoselki sənaye zonasından başqa, Solnışkovo kəndində PUA qalıqları fərdi yaşayış evinə və avtomobilə ziyan vurub.
Eyni zamanda, Rusiyanın digər bölgələri də PUA hücumuna məruz qalıb. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri 17 pilotsuz aparatı vurub. Tosno rayonunun Krasnıy Bor qəsəbəsi yaxınlığındakı anbar zonası zədələnib, 1 nəfər yaralanıb.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar isə bildirib ki, bölgə üzərində 40-a yaxın PUA məhv edilib. İlkin məlumata görə, burada xəsarət alan və dağıntı qeydə alınmayıb.
Müəllif: Adəm
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?






















.jpg)














