MDB
Rusiyanı gözləyən fəlakət: Pensiya verilməyəcək, insanlar ölənə qədər işləyəcəklər
Müğənni Proxor Şalyapin bildirib ki, hər kəs üçün yüksək pensiya arzulayır, lakin mövcud demoqrafik şərait nəzərə alındıqda, bunun reallığa uyğun gəlməsi ehtimalı azdır.
Publika.az xəbər verir ki, onun sözləri " Channel Five" tərəfindən sitat gətirilib:
“Demoqrafik çöküş yaşayırıq. Gənclərimiz azalıb, mənim yaşımda olanlar da azdır. Əgər 65 yaşıma çatsam, çöküş olacaq, yəni həmin vaxt təqaüdçülərə pul ödəmək üçün vergi ödəyəcək heç kim olmayacaq", - deyə sənətçi təəssüflə bildirib.
Şalyapinin sözlərinə görə, o, məsələni mütəxəssislərlə müzakirə edib və gələcəkdə təqaüdçülərin sayı ilə əmək qabiliyyətli əhali arasında ciddi bir balanssızlığın yarana biləcəyi qənaətinə gəlib. Müğənni insanları sağlamlıqlarına diqqət yetirməyə və daha uzun müddətli iş həyatına hazır olmağa çağırıb.
Şalyapin əlavə etdi: “Uşaqlar, gəlin daha uzun yaşayaq, onda hamımız heç olmasa yüz yaşına qədər işləyə biləcəyik”.
Müəllif: Tural
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?






















.jpg)














