MDB
Rusiya yeni planını işə salır: Ukrayna susuz qala bilər
Rusiyanın qarşıdakı dövrdə Ukraynanın enerji və istilik sistemləri ilə yanaşı, su təchizatını da hədəfə alacağı iddia edilir.
Publika.az xəbər verir ki, bunu Ukrayna baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal "Politico"ya müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiyanın əsas məqsədi Ukrayna şəhərlərini susuz qoymaqdır:
"Keçən qış onlar elektrik və istilik sistemlərini vururdular. Lakin qaz və su olduqda insanlar müəyyən müddət yaşaya bilir. Su və kanalizasiya olmadan isə üç gündən artıq yaşamaq çox çətindir".
Şmıqal bildirib ki, Moskva Ukrayna cəmiyyətini yoraraq hakimiyyətə təzyiq göstərməyə və ölkəni kapitulyasiya sənədini imzalamağa məcbur etməyə çalışır.
Nazir xatırladıb ki, ötən qış Rusiyanın hücumlarından sonra Ukraynada elektrik enerjisi istehsalı cəmi 12 giqavat təşkil edib. Bu isə istehlakçıların tələbatından 6 giqavat az olub.
Onun sözlərinə görə, 2014-cü ildən əvvəl Ukraynanın enerji istehsalı 54,5 giqavat idi. Genişmiqyaslı müharibə başlayandan sonra bu göstərici 32 giqavata düşüb. Hazırda isə ölkənin elektrik stansiyalarının 80 faizdən çoxu ya məhv edilib, ya da ciddi zədələnib.
Şmıqal əlavə edib ki, Ukraynaya təkcə hava hücumundan müdafiə sistemləri üçün tutucu raketlər deyil, həm də Enerji Dəstək Fondu üçün vəsait - təxminən 500 milyon avro lazımdır. Bundan başqa, Rusiyanın demək olar hər gün hücum etdiyi "Naftoqaz" şirkətinin bərpası üçün daha 400 milyon avroya ehtiyac var. Onun sözlərinə görə, Kiyev bu məsələdə Kanadanın dəstəyinə ümid edir.
Adəm
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?






















.jpg)














