MDB
Etirazlara baxmayaraq Zelenskiyə etimad azalmadı
Ukraynada prezident Vladimir Zelenskiyə ictimai etimad son aylarda azalıb.
Publika.az xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun iyulun 20-dən avqustun 3-dək keçirdiyi sorğunun nəticələrində bildirilir.
Sorğuya əsasən, hazırda respondentlərin 55 faizi Zelenskiyə etimad göstərir, 40 faizi isə ona etimad etmir. Beləliklə, etimad balansı +15 faiz təşkil edib.
Müqayisə üçün qeyd olunur ki, apreldə Zelenskiyə etimad edənlərin payı 58 faiz, etimad etməyənlərin payı isə 36 faiz olub. Həmin dövrdə etimad balansı +22 faiz idi. May ayında isə bu göstərici daha yüksək - 61 faiz səviyyəsində qeydə alınmışdı.
İnstitut bildirir ki, etimadın azalmasına baxmayaraq, prezidentə dəstəkdə kəskin eniş müşahidə olunmur. Sosioloqlar hesab edirlər ki, rezonans doğuran kadr qərarları və etiraz aksiyaları müəyyən təsir göstərsə də, Zelenskinin etimad reytinqi hələ də yüksək səviyyədə qalır.
Araşdırmada qeyd olunur ki, Zelenskiyə etimad edənlərin 20 faizi ona tam etibar etdiyini, 34 faizi isə "daha çox etibar etdiyini" bildirib. Etimad etməyənlərin 19 faizi prezidentə qətiyyən inanmadığını, 20 faizi isə "daha çox etimad etmədiyini" deyib.
Müəllif: Adəm
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?






















.jpg)














