MDB
Putin bütün arxa cəbhəni “bir əldə” birləşdirdi: Bu generala tapşırdı - FOTO
Rusiya Prezidenti Vladimir Putin bütün logistika xidmətlərinin artıq vahid bir çətir altında birləşdiriləcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, Vahid Logistika Xidmətinə “Mərkəz” Qüvvələr Qrupunun keçmiş komandiri general-polkovnik Valeri Solodçuk rəhbərlik edəcək.
Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşdə Rusiya prezidenti onu ən istedadlı komandirlərdən biri adlandırıb..
Solodçuk əvvəllər 36-cı Ordunun komandiri vəzifəsində çalışıb. Mərkəzi Hərbi Dairə yarandığı gündən cəbhə xəttində xidmət edib. 2024-cü ildən “Kursk” operativ qrupuna rəhbərlik edib və Mərkəzi Hərbi Dairənin qoşunlarına komandanlıq edib.

Putin Solodçuka müraciət edərək deyib:
"Siz bu gün ən istedadlı komandirlərdən birisiniz. Təsadüfi deyil ki, arxa cəbhəyə rəhbərlik etmək həm də döyüş işidir. Əminəm ki, burada ən yaxşı təşkilatçılıq bacarıqlarınızı nümayiş etdirəcəksiniz".
Rusiya Prezidentinin qərarı ilə general-leytenant Denis Lyamin Rusiya Silahlı Qüvvələrinin pilotsuz sistem qüvvələrinə komandanlıq edəcək. General-polkovnik Andrey İvanayev Şimal Hərbi Dairəsində Mərkəz qrupunun komandiri, general-leytenant Pyotr Bulqarev isə Şərq qrupuna komandanlıq edəcək.
Müəllif: Tural
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?






















.jpg)














