MDB
"Qiyamət günü" radiostansiyası yenidən müəmmalı siqnallar yaydı
Rusiyanın "Qiyamət günü" radiostansiyası kimi tanınan və radio həvəskarlarının "Jujjalka" adlandırdığı "UVB-76" avqustun 6-da iki dəfə efirə çıxaraq növbəti müəmmalı şifrəli mesajlarını yayımlayıb.
Publika.az xəbər verir ki, bu barədə radiostansiyanın fəaliyyətini izləyən "UVB-76 logları" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Moskva vaxtı ilə saat 12:32-də efirdə "НЖТИ 03651 КАЗУС 9968 2747", doqquz dəqiqə sonra - saat 12:41-də isə "НЖТИ 78155 ЛИСОЛАОС 5604 5596 ЗНАКОСРУБ 8757 3852" mesajı səsləndirilib.
Qeyd edək ki, radiostansiya bundan əvvəl avqustun 3-də də efirə çıxaraq "аракокапо" sözünün yer aldığı başqa bir şifrəli mesaj ötürmüşdü. Bir neçə günlük sükutdan sonra yayımlanan bu siqnalların mənası hələ də radio həvəskarları və tədqiqatçılar tərəfindən açıqlana bilməyib.
Adəm
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi























.jpg)














