MDB
Kadırovun prezidentliyə namizədliyi təsdiqləndi
Çeçenistan Respublikasının hazırkı rəhbəri Ramzan Kadırov region rəhbərinin qarşıdan gələn seçkilərinə namizəd qismində qeydiyyata alınıb.
Publika.az xəbər verir ki, bu barədə respublika seçki komissiyasının mətbuat xidməti məlumat yayıb.
"Çeçenistan Respublikası Seçki Komissiyası "Vahid Rusiya" Ümumrusiya siyasi partiyasının Çeçenistan regional bölməsi tərəfindən irəli sürülmüş Çeçenistan Respublikasının Rəhbəri vəzifəsinə namizəd, Rusiya Qəhrəmanı Ramzan Əhmədoviç Kadırovu qeydiyyata alıb", — deyə məlumatda bildirilir.
İyul ayında Kadırov sentyabrda keçiriləcək seçkilərdə iştirak etmək üçün zəruri sənədləri təqdim edib.
O, rəsmi olaraq Çeçenistanın prezidenti vəzifəsini 2007-ci il aprelin 5-də tutub. Son seçkilər 2021-ci ildə keçirilib. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, həmin seçkilərdə seçicilərin 99,7 faizi Kadırovun lehinə səs verib. Növbəti seçki prosesi 2026-cı il sentyabrın 20-nə, vahid səsvermə gününə təyin edilib. Kadırov "Vahid Rusiya"dan namizəd qismində irəli sürülüb.
Hüseyn İbadlı
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi























.jpg)














