MDB
Rusiya Ukrayna qatarını "İsgəndər"lə belə vurdu - VİDEO
Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətində Silahlı Qüvvələrə məxsus hərbi texnika daşıyan dəmiryol eşelonuna zərbə endirdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə "Geran" tipli pilotsuz uçuş aparatları ilə qatarın hərəkəti dayandırılıb. Daha sonra isə əməliyyat-taktiki "İsgəndər" raket kompleksi ilə eşelona raket zərbəsi endirilib.
Nazirliyin iddiasına görə, hücumun uğurlu nəticəsi kəşfiyyat pilotsuz aparatının çəkdiyi görüntülərlə təsdiqlənib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukrayna ordusu üçün yük daşıdığı iddia edilən üç quru yük gəmisinin də pilotsuz aparatlarla vurulduğunu açıqlamışdı. Həmin əməliyyatla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, məlumat yalnız Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır və Ukrayna tərəfi bu iddiaları hələlik təsdiqləməyib.
Müəllif: Adəm
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi























.jpg)














