MDB
Bu, böyük regional və beynəlxalq hadisə olacaq! - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan 8 avqust 2025-ci il tarixli Vaşinqton sammitinin Ermənistanı dalandan çıxardığını və ölkə üçün faydalı perspektivlər açdığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə onun Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda keçirilən üçtərəfli görüşünün birinci ildönümü münasibətilə ünvanladığı müraciətində qeyd olunub.
Bununla yanaşı, o vurğulayıb ki, sülh gündəliyinin həyata keçirilməsi prosesi hələ başa çatmayıb.
"8 avqust 2025-ci ilə qədər dövlətimiz dalanda idi, avqustun 8-dən sonra isə qarşımızda hüdudsuz perspektivlər açıldı. Onlardan istifadə edib-etməyəcəyimiz kollektiv iradəmizdən asılıdır", - Baş nazir deyib.
Paşinyan Vaşinqton sammitinin ən mühüm nəticələrindən biri kimi "Tramp Marşrutu" (TRIPP) layihəsini vurğulayıb. Onun sözlərinə görə, layihə ölkə və region iqtisadiyyatının əsas elementlərindən birinə çevriləcək.
"Yaxın vaxtlarda biz TRIPP-in praktiki icrasına başlayacağıq və bu, böyük regional və beynəlxalq hadisə olacaq", - Paşinyan bildirib.
Ermənistanın hökumət başçısı əlavə edib ki, iki ölkə arasındakı münaqişə (Ermənistan-Azərbaycan- red.) səhifəsi bağlanıb və sülh vətəndaşların gündəlik həyatının bir hissəsinə çevrilib.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi























.jpg)














