MDB
Rusiyada neft emalı zavodları yenə vuruldu
Ukrayna avqustun 8-nə keçən gecə Rusiyadakı İlsk və Sızran neft emalı zavodlarına (NEZ) hücum edib, nəticədə hər iki müəssisədə yanğın olub.
Publika.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna", Krasnodar diyarının operativ qərargahı və Rusiya Federasiyası Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev teleqram kanalında məlumat yayıb.
"Pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi səbəbindən İlsk NEZ-də yanğın baş verib. İlkin məlumata görə, 5 nəfər xəsarət alıb", - regionun operativ qərargahının məlumatında bildirilib.
Zərərçəkənlərə tibbi yardım göstərilir. Hadisə yerində operativ xidmətlər işləyir.
"RBK-Ukrayna"nın məlumatına görə, Rusiya Federasiyasının Samara vilayətindəki Sızran NEZ də zərbəyə məruz qalıb.
Regionun qubernatoru Vyaçeslav Fedorişev təsdiqləyib ki, bu gecə vilayətin sənaye müəssisələrindən biri Ukrayna PUA-sının hücumuna məruz qalıb.
"Hazırda fəsadların aradan qaldırılması davam edir. Operativ xidmətlər PUA-nın düşdüyü yerdə işləyir. Xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir", - o yazıb.
Operativ xidmətlər hücumun fəsadlarını aradan qaldırmağa davam edir. Hadisənin şəraiti və zədələnmələrin miqyası dəqiqləşdirilir.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi























.jpg)














