MDB
Şarl de Qollun nəvəsinin rus sevgisi: "Səxavətli, dərin inanclı rus ruhu..."
Fransanın keçmiş prezidenti Şarl de Qollun nəvəsi Pyer de Qoll və onun həyat yoldaşı Nadjeta Bensuik rus mədəniyyətinə heyranlıqlarını gizlətməyiblər.
Publika.az xəbər verir ki, Pyer bu barədə "RİA Novosti" agentliyinə verdiyi müsahibədə danışıb.
"Biz rus ruhuna heyranıq. O, mürəkkəb, ziddiyyətlərlə dolu, eyni zamanda dərin, sakit, düşündürən, dərindən inanclı, səxavətli, başqalarına hörmət və qonaqpərvərlik hissi ilə doludur", - de Qoll deyib.
Pyer rusların öz mədəniyyətlərini və sivilizasiyalarını xaricdə bölüşməli olduqlarını bildirib.
Xatırladaq ki, bir müddət öncə de Qoll Ukrayna Silahlı Qüvvələrinin (VSU) yeni baş komandanı Mixaylo Drapataya qarşı çıxmışdı. O, Drapatanın rusların bir millət kimi mövcud olmaq hüququ olmaması barədə açıqlamasına cavab olaraq demişdi ki, bu, “axmaq və primitiv lozunqdur”.
Müəllif: Tural
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi























.jpg)














