MDB
Bu, bizim üçün müstəsna əhəmiyyət kəsb edir - Zelenski
Serbiya Ukraynaya səhiyyə və energetika sahələrində yeni humanitar yardım paketi vermək niyyətindədir.
Publika.az Serbiya mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçlə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Biz xalqımıza, şəhərlərimizə və icmalarımıza dözümlülük, bu müharibənin bütün çağırışlarına tab gətirmək və onların öhdəsindən gəlməyə kömək edə biləcək hər cür əməkdaşlığı inkişaf etdiririk. Biz Ukraynaya, xüsusən də səhiyyə və energetika sahələrində verilən yeni humanitar yardım paketinə görə Serbiyaya minnətdarıq. Bu, bizim üçün müstəsna əhəmiyyət kəsb edir", - Zelenski deyib.
O, həmçinin qeyd edib ki, görüş zamanı Vuçiçlə Ukraynanın qarşısında duran problemləri müzakirə edib.
Bundan əlavə, Zelenski vurğulayıb ki, Ukrayna Avropa İttifaqı (Aİ) ilə sıx əlaqələr saxlayır və Serbiyanın Aİ-yə daxil olması prosesinin sürətləndirilməsini alqışlayab.
Həmçinin plenar iclasdan sonra Serbiya Kənd, Meşə və Su Təsərrüfatı Nazirliyi ilə Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti arasında heyvanların sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Müqavilələr müvafiq qurumların nazirləri tərəfindən imzalanıb.
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır
-
Paranormal00:45Komadan ayılan qadın mələk gördü, ana dilini unutdu - ““Paralel dünya”ya düşmüşdüm”
-
İdman00:15Ronaldo komandasını sarsıdıcı məğlubiyyətdən xilas edə bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kiçik sevgi jestləri münasibətinizi şirinləşdirəcək
-
Sağlamlıq15 Sentyabr 22:48Şam yeməyi üçün ideal vaxt müəyyən edildi
-
İdman15 Sentyabr 22:36Aida Əliyeva yüksək vəzifəyə təyin edildi - RƏSMİ
-
ABŞ15 Sentyabr 22:24Trampın müşaviri Mertsə sərt cavab verdi

















.png)

















.jpg)

