MDB
Belqoroda kütləvi PUA HÜCUMU - 3-ü uşaq olmaqla 13 nəfər yaralandı
Belqorod pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernator səlahiyyətlərini icra edən Aleksandr Şuvayev "Telegram" kanalında yazıb.
Məmur bildirib ki, hücum nəticəsində aralarında iki uşaq olmaqla 13 nəfər xəsarət alıb. Dörd yaşlı oğlan döş qəfəsindən qəlpə yaraları alıb, doqquz yaşlı uşağa və üç böyük şəxsə həkimlər yerində köməklik göstəriblər. Digər səkkiz yaralı isə xəstəxanalara çatdırılıb.
"PUA-ların partlayışları nəticəsində çoxmənzilli binanın dayanacağında iki avtomobil yanub", - deyə məmur bildirib.
O, paylaşımında yanğının artıq söndürüldüyünü qeyd edib. Fərdi yaşayış evi də yanıb, hazırda o söndürülür. Hücum zamanı, həmçinin dörddən çox çoxmənzilli bina, inzibati bina, sosial və kommersiya obyektləri zədələnib.
Hüseyn İbadlı
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ






















.jpg)














