MDB
Xarkov yenə vuruldu: Ölənlər var
Rusiya qüvvələrinin Xarkovun Saltovka rayonuna endirdiyi zərbələr nəticəsində 2 nəfər həlak olub, 12 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə Xarkov şəhərinin meri İqor Terexov və Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat veriblər.
Bildirilib ki, zərbələr nəticəsində çoxmənzilli yaşayış binalarına ziyan dəyib. Binalardan birinin 7-10-cu mərtəbələri dağılıb.
Daha bir yaşayış binasına zərbə nəticəsində insanlar binada köməksiz vəziyyətdə qalıb. Əraziyə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Sinequbovun sözlərinə görə, zərbələr nəticəsində 2 nəfər ölüb, daha bir nəfər ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Ümumilikdə yaralananların sayı 12-yə çatıb.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ






















.jpg)














