MDB
Ukraynanı yeni silahla vuracaqlar - "Kub-10ME" işə düşür(FOTO)
Ukraynada gərgin döyüşlər davam edir.
Publika.az xəbər verir ki, Rusiya cəbhə bölgəsində yeni silahını işə salmağı planlaşdırır. "Kalaşnikov Konserni" ASC-nin rəhbəri və Rusiya Federasiyası Mexanika Mühəndisləri İttifaqının büro üzvü Alan Luşnikov TASS-a açıqlamasında deyib ki, söhbət süni intellektlə (Sİ) təchiz olunmuş təxminən 11 kq ağırlığında döyüş başlığı olan yeni "Kub-10ME" taktiki idarə olunan uçan aparatdan gedir.
"Silah tezliklə xüsusi hərbi əməliyyat zonasında (SVO-Rusiyanın Ukrayna müharibəsinə verdiyi ad-red.) istifadə olunacaq",- o, qeyd edib.
Luşnikov bildirib ki, bu planerin gövdəsi yenidən dizayn edilib: "İndi onun uçuş məsafəsi 100 km-dən çoxdur. Süni intellektlə təchiz olunub, hədəfə vurma başlığı və 11 kq ağırlığında döyüş başlığı var. Silah artıq orduya təhvil verilib və tezliklə cəbhə xəttində də yerləşdiriləcək".
Onun sözlərinə görə, "Kub-10ME" "SKAT 350M" kəşfiyyat retranslyator sistemi ilə tandem şəkildə işləyir
Müəllif: Tural
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ






















.jpg)














