MDB
Bir həftədə Ukraynaya 56 ballistik raket atıldı
Rusiya ordusunun Odesa, Xarkov, Pavlovqrad və digər vilayətlərə endirdiyi hava zərbələri nəticəsində mülki infrastruktura, energetika obyektlərinə və yaşayış binalarına ciddi ziyan dəyib, ölənlər və çoxlu sayda yaralananlar var.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat paylaşıb.
O bildirib ki, Odesada energetika obyektlərinə vurulan zərbələrdən sonra elektrik təchizatının bərpası istiqamətində işlər davam etdirilir. Həmçinin yaşayış binalarına və dəniz portuna ziyan dəyib, 8 nəfər xəsarət alıb. Xarkovda PUA-nın yaşayış binasına dəyməsi nəticəsində 2 nəfər həlak olub, onlarla sakin yaralanıb. Pavlovqrad şəhərində isə ticarət mərkəzinin yaxınlığına endirilən zərbə nəticəsində 4-ü uşaq olmaqla 9 nəfər xəsarət alıb.
Ukrayna dövlət başçısı Moskva tərəfindən hücumların intensivləşdiyini diqqətə çatdırıb.
"Təkcə bu həftə ərzində Ukraynaya qarşı müxtəlif tipli 61 raket, 1 560-dan çox zərbə PUA-sı və 1 540 aviasiya bombası tətbiq olunub. Hər bir belə zərbə bir daha xatırladır: Rusiyaya qarşı daha çox təzyiq, daha çox sanksiya və Ukrayna üçün daha çox hava hücumundan müdafiə vasitələri lazımdır", — deyə V.Zelenski vurğulayıb.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ






















.jpg)














