MDB
Moskva Paşinyanın qarşısına seçim qoydu: Aİİ-dən çıxmağa hazırsınızmı?
Rusiya Ermənistanın Avropa İttifaqına (Aİ) mümkün üzvlüyü ilə bağlı mövqeyində ziddiyyətlər olduğunu açıqlayıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Aİ-yə üzvlük və Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaq məsələsi ilə bağlı referendum ehtimalını şərh edərkən deyib.
Qaluzinin sözlərinə görə, Ermənistan Konstitusiyasının 205-ci maddəsinə əsasən, dövlətin fövqəlmilli beynəlxalq təşkilatlara üzvlüyü ilə bağlı referendum hökumətin təşəbbüsü ilə keçirilməlidir.
Rusiya rəsmisi bildirib ki, 2025-ci ildə Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanunun müzakirəsi zamanı İrəvan referendumun keçirilməsinə ehtiyac olmadığını deyirdi. Ermənistan tərəfi həmin sənədin sadəcə siyasi deklarasiya olduğunu əsas gətirirdi.
“İndi isə eşidirik ki, iyunda Ermənistanda keçirilən seçkilərin nəticələri guya öz-özlüyündə ölkə əhalisinin Avropayönlü kursu dəstəklədiyini göstərir və buna görə də daha bir referenduma ehtiyac yoxdur”, - Qaluzin bildirib.
O, Ermənistanın baş naziri Nikol Paşinyanın seçki kampaniyası zamanı bir-birinə zidd açıqlamalar verdiyini də vurğulayıb.
“Paşinyan bəzən açıq şəkildə etiraf edirdi ki, Ermənistan hələ Aİ-yə dəvət olunmayıb və bəlkə də heç vaxt üzv olmayacaq. Çox şey deyilib, amma bu, vəziyyəti heç də aydınlaşdırmır”, - Rusiya XİN rəhbərinin müavini qeyd edib.
Qaluzin bildirib ki, məhz buna görə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistan əhalisinin bu məsələ ilə bağlı real mövqeyinin öyrənilməsinin vacibliyini vurğulayıblar.
Onun sözlərinə görə, sual sadəcə “Aİ-yə üzv olmaq istəyirsinizmi?” formasında deyil, daha konkret qoyulmalıdır: “Gələcəkdə Aİ-yə üzv olmaq perspektivi naminə Aİİ-dəki üzvlüyünüzdən imtina etməyə hazırsınızmı?”
Rusiya rəsmisi hesab edir ki, məhz belə sual Ermənistan vətəndaşlarına, eləcə də Aİİ-nin digər üzvlərinə münasibətdə daha dürüst olacaq.
Müəllif: Adəm
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?


















.jpg)




.jpg)














