MDB
Zelenskinin varisi kim olacaq? - Politoloqdan SENSASİON İDDİA
Ukrayna prezidenti Vladimir Zelenskinin mümkün varisi ABŞ və ya Böyük Britaniyanın dəstəklədiyi şəxs ola bilər.
Publika.az xəbər verir ki, bunu politoloq Dmitri Juravlyov “Lenta.ru”ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Zelenskinin yerinə keçəcək ən real namizədlərdən biri Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı, hazırda Ukraynanın Londondakı səfiri olan Valeri Zalujnıdır. Ekspert Zalujnını xalq arasında müəyyən dəstək qazana bilmiş siyasətçi kimi xarakterizə edib.
Juravlyovun fikrincə, Ukraynanın gələcək lideri “qara qu quşu” adlandırdığı, hazırkı siyasi elita daxilində gözlənilməyən bir şəxs də ola bilər.
“Hazırkı ukraynalı siyasətçilərdən və yüksək vəzifəli şəxslərdən heç biri Rusiya haqqında müsbət fikir söyləməyə və ya Moskva ilə danışıqlar üçün hansısa məntiqli şərtlər təklif etməyə imkan vermir. Buna görə də bu meyara kimin cavab verəcəyi amerikalıların və ya britaniyalıların kimi bu vəzifəyə gətirəcəyindən asılı olacaq. Məncə, Zelenskinin varisi ilə bağlı əsas sirr Britaniya və ABŞ-ın bu məsələdə razılığa gəlməməsidir”, - politoloq bildirib.
Ekspert qeyd edib ki, Britaniya uzun müddətdir Zalujnıya üstünlük verir. ABŞ-ın isə Ukraynanın keçmiş baş naziri Yuliya Sviridenko ilə bağlı seçim etdiyi bildirilirdi.
“Hazırda amerikalıların favoritinin kim olduğunu dəqiq söyləmək çətindir. Çünki heç kim öz mövqeyini açıq şəkildə ifadə etmir. Hamı özünü “dəhşətli Rusiya ilə böyük müharibə” mövqeyində göstərir”, - Juravlyov deyib.
Politoloq Zelenskinin varisini kimin müəyyənləşdirəcəyi məsələsinin də mürəkkəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ-ın resursları daha çox, Böyük Britaniyanın isə siyasi manevr imkanları daha genişdir.
“Amerikalıların gücündən istifadə etməyi bacarsalar, britaniyalılar öz namizədlərini irəli keçirə bilərlər. Birbaşa qarşıdurma olarsa, amerikalıların resurslarının daha çox olduğu aydındır. Amma mən britaniyalıların tərəfindəyəm - onlar daha hiyləgərdirlər”, - deyə politoloq əlavə edib.
Müəllif: Adəm
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq
-
Magazin206:16Azərbaycan repi “Mehmed Fetihler Sultanı”nd - VİDEO
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır
-
Paranormal00:45Komadan ayılan qadın mələk gördü, ana dilini unutdu - ““Paralel dünya”ya düşmüşdüm”
-
İdman00:15Ronaldo komandasını sarsıdıcı məğlubiyyətdən xilas edə bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kiçik sevgi jestləri münasibətinizi şirinləşdirəcək


































.jpg)


