MDB
Xəzər pələngi vəhşi təbiətə qaytarılır
Xəzər pələnginin populyasiyasını bərpa etmək üçün Qazaxıstandakı "İli-Balxaş" dövlət təbiət rezervatının ərazisində dişi pələng vəhşi təbiətə buraxılıb.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadadla "The Guardian" qəzeti məlumat yayıb.
Bu, ölkə ərazisində pələnglərin yox olmasından 70 ildən çox vaxt keçdikdən sonra ilk dəfə baş verib. Vəhşi pişiyin təbiətə buraxılması heyvanın tarixi arealına qaytarılması və populyasiyasının bərpa edilməsi proqramının ilk praktiki mərhələsi olub.
Genetik tədqiqatlar göstərib ki, müvafiq olaraq Mərkəzi Asiya və Şərqi Sibirdə yaşamış Xəzər və Amur pələngləri praktiki olaraq eyni olub. Onların populyasiyaları, ehtimal ki, ovlanma və saylarının azalması səbəbindən ayrılanadək, XX əsrin əvvəllərinə qədər qarışıb. Sibirdən qərbə doğru yayılan Xəzər pələngi Amur pələngindən genetik kodun cəmi bir hərfi ilə fərqlənirdi.
Reintroduksiyaya hazırlıq yalnız heyvanlarla işi deyil, həm də rezervatın ərazisinin genişləndirilməsini əhatə edib. Qazaxıstan hökumətinin qərarı ilə onun sahəsi 35 088,47 hektar artırılıb.
Buna qədər «Amur pələngi» Mərkəzinin baş direktoru Sergey Aramilev «Qırmızı kitab»a daxil olan Amur pələnginin Rusiyadakı populyasiyasının ən azı 750 fərd təşkil etdiyini bildirmişdi. Aramilevin sözlərinə görə, monitorinq hər il pələng arealının 25-30%-də aparılır.
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?



















.jpg)



.jpg)














