MDB
Krasnodara kütləvi PUA hücumu: Ölən və yaralananlar var
Rusiyanın Krasnodar diyarına gecə saatlarında yüzlərlə pilotsuz uçuş aparatı ilə kütləvi hücum edilib.
Publika.az xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat yayıb.
Onun sözlərinə görə, hücum zamanı Novorossiysk, Anapa, Gelencik və Temryuk rayonunda yaşayış evləri və mülki obyektlər zərər görüb.
Novorossiyskdə 8 yaşlı uşaq həlak olub. Bundan başqa, 8 nəfər, o cümlədən bir uşaq yaralanıb və xəstəxanaya yerləşdirilib.
Temryuk rayonunun Volna qəsəbəsində PUA qalıqları fərdi yaşayış evinin həyətinə düşüb. Nəticədə bir kişi yaralanıb, lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda PUA qalıqlarının 21 yaşayış binasına, o cümlədən çoxmənzilli evlərə, eləcə də 4 müəssisəyə düşdüyü bildirilir.
Anapada yaşayış binasına ziyan dəyib, 2 nəfər yaralanıb. Onlara tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilməyiblər.
Gelencikdə isə 3 fərdi yaşayış evinə ziyan dəyib, 2 nəfər yaralanaraq xəstəxanaya çatdırılıb.
Bölgədə təxminən 90 nəfərin yerləşdirildiyi müvəqqəti yerləşdirmə məntəqələri yaradılıb. Hadisənin nəticələrinin qiymətləndirilməsi üçün xüsusi komissiyanın fəaliyyətə başlayacağı bildirilib.
Adəm
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?


















.jpg)




.jpg)














