MDB
“Kalaşnikov”dan yeni patron: Güllə zirehli jileti də deşəcək
Rusiyanın “Kalaşnikov” konserni zirehli jiletləri deşə biləcək yeni çaplı patron üzərində işləyir.
Publika.az xəbər verir ki, bunu konsernin rəhbəri Alan Luşnikov TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, şirkətdə yeni ballistik həll üzərində iş aparılır. Luşnikov qeyd edib ki, yenilik yalnız zirehli müdafiə vasitələrinə qarşı effektivliyin artırılması ilə məhdudlaşmayacaq.
Konsern rəhbərinin sözlərinə görə, yeni sursatın hazırlanmasında birbaşa döyüş zamanı atəş məsafəsinin artırılması da nəzərdə tutulur.
Luşnikov vurğulayıb ki, Rusiya ordusu texniki və texnoloji baxımdan rəqibdən üstün olmalıdır.
“Bizdə belə işlər aparılır. Yeni ballistik həll üzərində iş gedir”, - deyə o bildirib.
Müəllif: Adəm
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?


















.jpg)




.jpg)














