MDB
Putin bu ölkəyə mesaj verdi: Heç bir ərazi iddiamız yoxdur
Rusiya prezidenti Vladimir Putin Yaponiyanın Rusiyadan heç bir təhlükə gözləməməli olduğunu bildirib.
Publika.az xəbər verir ki, Putin Uzaq Şərqə işgüzar səfəri zamanı “Varyaq” raket kreyserindən çıxışı zamanı Moskvanın Tokioya qarşı heç bir ərazi və digər iddiasının olmadığını deyib.
Rusiya lideri bildirib ki, Moskva Yaponiya ilə mehriban qonşuluq münasibətlərinin inkişafında maraqlıdır. Onun sözlərinə görə, Uzaq Şərqdə keçirilən hərbi təlimlər Yaponiyaya qarşı yönəlməyib və Rusiyanın sərhədlərinin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
Sakit Okean Donanmasının təlimləri avqustun 4-də başlayıb. Təlimlərə 13 mindən çox hərbçi, 60-a yaxın gəmi və sualtı qayıq, həmçinin 30-a yaxın təyyarə və helikopter cəlb olunub.
Qeyd edək ki, Tokio son illərdə Kuril adalarında Rusiyanın hərbi fəaliyyətinin güclənməsindən narahatlığını dəfələrlə ifadə edib və adaları “Şimal əraziləri” adlandırır. Rusiya isə bölgədə müdafiə qabiliyyətini gücləndirəcəyini bildirir.
Müəllif: Adəm
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?


















.jpg)




.jpg)














