MDB
Rusiya Ukraynaya 224 əsirin siyahısını verdi - Kiyev razılaşmır
Rusiya Ukraynaya 224 nəfəri əsir mübadiləsi çərçivəsində təhvil verməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Yana Lantoratova məlumat verib. Lantoratova mümkün mübadilə üçün 224 nəfərin ad-soyadından ibarət siyahı dərc edib.
Onun sözlərinə görə, Moskva Ukrayna əsirliyində olan rusiyalı hərbçilərin geri qaytarılması üçün müxtəlif mübadilə variantlarını nəzərdən keçirir.
Rusiya ombudsmanı bildirib ki, son bir ay ərzində Moskva Kiyevə üç fərqli mübadilə siyahısı təqdim edib. Siyahılara həm hərbçilər, həm də Rusiyada məhkum edilmiş Ukrayna vətəndaşları daxil edilib.
Lantoratovanın iddiasına görə, Kiyev hələlik təklif olunan variantlardan heç birinə razılıq verməyib.
Ukraynanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets isə Rusiyanın ittihamlarını rədd edib və onları yalan adlandırıb. O, Ukraynanın öz vətəndaşlarını geri qaytarmağa hazır olduğunu bildirib.
Müəllif: Adəm
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?


















.jpg)




.jpg)














