MDB
Zelenskidən Trampın planı ilə bağlı YENİ AÇIQLAMA - ABŞ-ın daha fəal iştirakı lazımdır
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın rəhbərliyi ilə Ukrayna böhranının sülh yolu ilə nizamlanmasına dair yeni təklifin hazırlandığını açıqlayıb.
Publika.az xəbər verir ki, Zelenski bu barədə CNN-ə müsahibəsində danışıb.
Jurnalist Ukrayna liderindən planın sıfırdan hazırlanıb-hazırlanmadığını, yoxsa əvvəlki sənədə müəyyən düzəlişlərin edilib-edilmədiyini soruşub.
“Detallara varmaq istəmirəm. Sülh planında ABŞ tərəfinin daha çox iştirakı lazımdır. Prezident Trampın komandasına bu prosesi davam etdirmək istədikləri üçün təşəkkür edirəm”, - deyə Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, Kiyev Vaşinqtonun sülh prosesində daha fəal rol oynamasını istəyir.
Qeyd edək ki, Zelenski avqustun 11-də də Ukraynanın müharibənin başa çatdırılması ilə bağlı təkliflərini ABŞ-ın danışıqlar prosesində iştirak edən nümayəndələrinə təqdim etdiyini açıqlamışdı.
Müəllif: Adəm
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?


















.jpg)




.jpg)














