MDB
Rusiyalı strimer Qazaxıstandan qovuldu - 5 il qadağa
Rusiyalı strimer, "Fasoolka" ləqəbi ilə tanınan Kseniya Quzayeva Qazaxıstandan deportasiya edilib. Ona 5 il müddətinə ölkəyə giriş qadağan olunub.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Astana Polis Departamentinə istinadən məlumat yayıb.
Bildirilib ki, strimerin deportasiyasına səbəb internetdə, xüsusilə “Twitch” platformasındakı yayımlar zamanı səsləndirdiyi təxribat xarakterli və yanlış ifadələr olub.
Qazaxıstanın polis orqanlarının məlumatına görə, Quzayeva yerli sakinlər, ölkənin mədəniyyəti və adət-ənənələri ilə bağlı aşağılayıcı stereotiplər səsləndirib. Həmçinin onun Qazaxıstanın ərazi bütövlüyünü şübhə altına alan ifadələrə yol verdiyi qeyd olunub.
Məlumata görə, strimer məhkəmənin qərarı ilə inzibati məsuliyyətə cəlb olunub və bundan sonra ölkədən çıxarılıb.
Müəllif: Adəm
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?


















.jpg)




.jpg)














