MDB
Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
Rusiya hava hücumundan müdafiə qüvvələri gecə ərzində Ukraynaya məxsus 553 pilotsuz uçuş aparatını məhv edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lar Rusiyanın Novqorod, Kursk, Bryansk, Belqorod, Kaluqa, Smolensk, Tver, Pskov, Oryol, Tula, Lipetsk, Kostroma, Ryazan, Rostov, Leninqrad vilayətləri, Moskva regionu, Krasnodar və Stavropol diyarları, eləcə də Krım üzərində vurulub. Həmçinin Qara və Azov dənizlərinin akvatoriyasında da PUA-lar məhv edilib.
Son sutka ərzində bir sıra Rusiya regionları PUA hücumlarına məruz qalıb. Leninqrad vilayətində 51 dronun vurulduğu, Ust-Luqa limanında isə yanğın baş verdiyi bildirilib.
Rostov vilayətində təxminən 20 PUA-nın hücumunun qarşısı alınıb. Tula vilayətində isə 9 pilotsuz aparat məhv edilib.
Müəllif: Adəm
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



























.jpg)











