MDB
Japarovdan seçki qərarı: İkinci müddətə namizəd olacaq
Qırğızıstan prezidenti Sadır Japarov 2027-ci ildə keçiriləcək prezident seçkilərində ikinci müddətə namizədliyini irəli sürəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, Japarov jurnalist Əli Toktakunova müsahibəsində prezident kimi fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirib.
O, digər namizədlərin seçkidə iştirakına da məhdudiyyət qoyulmayacağını vurğulayıb.
“Daha bir müddətə namizədliyimi irəli sürəcəyəm və fəaliyyətimi davam etdirəcəyəm. Seçkidə iştirak etmək istəyən hər kəs namizədliyini irəli sürə bilər. Heç kimi məhdudlaşdırmayacağıq”, - Japarov deyib.
Qeyd edək ki, Qırğızıstanda növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsi planlaşdırılır. Japarov 2021-ci ilin yanvarında keçirilən növbədənkənar seçkilərdə 79,2 faiz səslə prezident seçilib.
Adəm
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



























.jpg)











