MDB
Lavrovdan sensasion açıqlama: Putin Trampın planını qəbul edib - ABŞ sözündən DÖNDÜ
Rusiya xarici işlər naziri Sergey Lavrov 2025-ci ildə Alyaskada keçirilən sammit zamanı Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında aparılan danışıqların detalları barədə danışıb.
Publika.az xəbər verir ki, Lavrovun sözlərinə görə, Putin Trampın Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı təkliflərini qəbul edib.
Nazir bildirib ki, Putin Trampın göndərdiyi təşəbbüslərlə tanış olduqdan sonra ABŞ prezidentinə şəxsən belə deyib: “Təkliflərini mənə göndərdiyin formada qəbul edirəm”.
Lavrov qeyd edib ki, sənəddə kompromis tələb edən müddəalar olsa da, Moskva ümumilikdə Vaşinqtonun təklif etdiyi planla razılaşıb: "Lakin əldə olunan razılaşmalar ABŞ tərəfindən həyata keçirilməyib. Vaşinqton isə Ukraynaya hərbi dəstəyi davam etdirib".
Bununla belə, Lavrov Rusiyanın danışıqları davam etdirməkdən imtina etmədiyini vurğulayıb.
Müəllif: Adəm
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



























.jpg)











