MDB
Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
2026-cı ilin əvvəlindən rusiyalı turistlərin Şimali Koreyada istirahətə marağı artıb. Ölkəyə təşkil olunan turlara tələbat 15 faiz yüksəlib.
Publika.az xəbər verir ki, bunu Rusiya Turizm Sənayesi İttifaqının eksperti İnna Muxina bildirib.
Onun sözlərinə görə, ötən illə müqayisədə Şimali Koreyaya səfər edən rusiyalı turistlərin sayında artım ən azı 10-15 faiz təşkil edib.
“İyul ümumiyyətlə rekord ay oldu. Müxtəlif turlarla, həm təyyarə, həm də dəmir yolu vasitəsilə 500 nəfər göndərdik”, - deyə ekspert bildirib.
O qeyd edib ki, rusiyalı turistlər xüsusilə Vonsan şəhərində çimərlik istirahətinə maraq göstərirlər. Səfərlər adətən Pxenyana ekskursiyalarla birləşdirilir.
Qeyd edək ki, iyun ayında Şimali Koreyanın Yapon dənizi sahilində rusiyalı turistlər üçün nəzərdə tutulan yeni “Vonsan-Kalma” kurort kompleksi fəaliyyətə başlayıb. İlk qonaqlar arasında 13 turistlə yanaşı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da olub.
Kurortun infrastrukturuna müasir hotellər, lazımi şəraitlə təchiz olunmuş çimərliklər, akvapark, əyləncə parkı, kinoteatr, kafe və restoranlar daxildir. Əvvəllər kompleksin yerləşdiyi ərazidə hərbi aerodrom olub. Daha sonra ərazi turistlərin qəbulu üçün mülki hava limanına çevrilib.
Ləman
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



























.jpg)











