MDB
Uzun müddət evli qalanlara pul mükafatı verilsin - Yeni təklif
Rusiya İctimai Palatasının ailə məsələləri üzrə komissiyasının sədri Sergey Rıbalçenko uzunmüddətli nikahda olan ailələrə pul mükafatı verilməsini təklif edib.
Publika.az xəbər verir ki, onun fikrincə, ənənəvi ailə dəyərlərinin dəstəklənməsi məqsədilə 25 il evli olan cütlüklərə “gümüş toy”, 50 illik nikahını qeyd edənlərə isə “qızıl toy” ildönümü münasibətilə ödənişlərin edilməsi məqsədəuyğun olardı.
O bildirib ki, daha sonra nikahın hər növbəti beş ili üçün də belə ödənişlər nəzərdə tutula bilər.
Bununla belə, Rıbalçenkonun təklifi hələlik Dövlət Dumasında ciddi şəkildə müzakirə olunan qanunvericilik təşəbbüsü deyil.
Dövlət Dumasının deputatı Vitali Milonov uzunmüddətli nikahlara görə ödənişlərin tətbiqi məsələsinin parlamentin aşağı palatasında ciddi şəkildə müzakirə edilmədiyini bildirib.
Milonovun fikrincə, Dövlət Dumasına seçkilər ərəfəsində bəzi deputatlar bu mövzunu informasiya gündəmini canlandırmaq məqsədilə gündəmə gətirirlər. O, belə ödənişlərin hər hansı problemin həllinə xidmət etmədiyini, bunun sadəcə uzunmüddətli nikaha görə təşəkkür və minnətdarlığın simvolik ifadəsi, bir növ xatirə hədiyyəsi olduğunu qeyd edib.
Ləman
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



























.jpg)











