MDB
Ukrayna ordusu niyə ruslara dronlarla siqaret və telefon atır? - İlginc səbəb
Ukrayna Silahlı Qüvvələrinin (VSU) döyüşçüləri "Donetsk Xalq Respublikası"ndakı (Ukraynanın işğal edilən Donetsk bölgəsi-red.) Rusiya hərbi marşrutları boyunca dronlardan smartfonlar atırlar. Bu smartfonlarda partlayıcılar olur.
Publika.az xəbər verir ki, bu barədə Rusiya ordusunun "Mərkəz" qüvvələrinin Motoatıcı Diviziyasının 102-ci alayının hücum dəstəsinin tağım komandiri Denis Firsov "RİA Novosti" agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ukraynalı döyüşçülər partlayıcı qurğuları adi əşyalar kimi maskalayırlar. Əsasən telefonlar, siqaret qutuları və su şüşələri rusiyalı döyüşçülər üçün partlayıcı tələlərə çevrilir. Kənardan baxanda bu qurğular sadəcə yola, yerə atılmış adi əşyalara bənzəyir.
“Telefonu yerə atıblar. O sadəcə cığırda öz "sahibini" gözləyir... Beləcə gəzən zaman cığırda adi bir telefon görürsünüz”, - Firsov deyib
Döyüşçü onu da əlavə edib ki, quraşdırılan qurğunun naqilləri bəzi hallarda telefonun korpusundan kənara da çıxa bilər ki, bu da əşyada partlayıcının mövcudluğunu göstərir. Komandir qeyd edib ki, Rusiya hərbçiləri artıq əşyaların bu cür minalanması, partlayıcıların gizli şəkildə yerləşdirilməsi üsullarından xəbərdardırlar. Ona görə də döyüşçülər şübhəli əşyaları götürmür və onları zərərsizləşdirmək üçün tədbirlər görürlər..
Müəllif: Tural
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



























.jpg)











