MDB
Bu barədə düşünmək qorxuludur - Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko diqqət çəkən açıqlama verib.
Publika.az "BelTa" xəbər agentliyinə istinadən xəbər verir ki, o, Belarusun müharibə istəmədiyini və sülhü təmin etmək üçün hər şeyi edəcəyini deyib.
"Biz sülh olması üçün hər şeyi edəcəyik. Biz döyüşmək istəmirik. Niyə? Çünki Belarus ümumi, ortaq bir evdir, burada hər kəs yaşayır (müxtəlif millətlərin və dinlərin nümayəndələri - red.) və onlar normal da yaşayırlar. Görün ətrafımızda nələr baş verir... Dini və etnik nifrət baxımından nələr olur. Bu barədə düşünmək qorxuludur. Biz sülh içindəyik",- siyasətçi deyib.
Lukaşenko onu da əlavə edib ki, belaruslar "başqalarına məxsus olan şeyləri götürüb ciblərinə qoymasalar, dinc yaşaya, işləməyə və ölkəni gücləndirməyə davam edəcəklər". O, həmçinin Belarus üçün əsas sferanın iqtisadiyyat olduğunu vurğulayıb.
Xatırladaq ki, Lukaşenko avqustun 7-də də oxşar açıqlama vermişdi. O bəyan edib ki, Belarusda sülhün qorunması üçün işləmək, əmək sərf etmək lazımdır. Vətəndaşlar işləməyi dayandırsalar, ölkədə oğurluq və davalar başlayacaq və hər şey müharibəyə keçəcək.
Müəllif: Tural
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



























.jpg)











