MDB
Rusiyanın mühüm strateji obyektləri vuruldu
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiya ərazisində bir sıra mühüm hədəfləri vurub.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Telegram" kanalındakı bəyanatında deyilir.
Qeyd olunub ki, avqustun 16-na keçən gecə Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində yerləşən Rusiya müdafiə sənayesi kompleksinin müəssisəsinə zərbə endirilib. Obyektin ərazisində yanğın qeydə alınıb.
Elə həmin gün müvəqqəti işğal olunmuş Krım ərazisində Rusiya Silahlı Qüvvələrinin raket bölməsinin cəmləşdiyi əraziyə zərbə endirilib. Məlumatda qeyd olunub ki, Ukraynanın işğal olunmuş Zaporojye vilayətinin Svetlodolinskoye yaxınlığında Rusiya qoşunlarının hərbi logistikanın təmin edilməsi və şəxsi heyətin yerdəyişməsi üçün istifadə etdiyi dəmir yolu körpüsü vurulub.
Həmçinin Ukraynanın Donetsk vilayətinin Karlovka ərazisində Rusiya ordusunun maddi-texniki vasitələr və döyüş sursatı anbarları vurulub.
Baş Qərargahın məlumatına görə, həftə ərzində Rusiyanın Tümen vilayətinin Tobolsk şəhərində yerləşən və fəaliyyətini dayandıran "Zapsibneftexim" MMC müəssisəsi, eləcə də Rusiya Federasiyasının Orenburq vilayətinin Orsk şəhərindəki "Orsknefteorqsintez" neft emalı zavodu, neft emalı qurğuları vurulub.
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video


















.jpg)









.jpg)










