MDB
Putinin kortejinə skuterlə çatmağa çalışdı - VİDEO
Rusiyada maraqlı hadisə baş verib.
Publika.az "AST-54 Black" "Telegram" kanalına istinadən xəbər verir ki, elektrikli skuter sürən bir nəfər Prezident Vladimir Putinin avtomobilinə çatmağa çalışıb. İnsident avqustun 11-də Putinin Novosibirskə işgüzar səfəri zamanı baş verib. Yerli sakin yüksək sürətlə kortejdəki maşınları təqib edərək prezidentin olduğu əsas avtomobilə çatmaq istəyib.
Bu maraqlı hadisə kameraya düşüb. Yayılan görüntülərdə skuterlə hərəkət edən bir kişinin küçədə kortejlə paralel getməsi aşkar görünür. O, surəti artırmaqla maşınları təqib edir və Putinin avtomobili ilə olan məsafəni azaltmağa çalışır.
Naməlum vətəndaşın "təqib" cəhdi sonda uğursuz olub. Skuter kortejdən xeyli geridə qalıb. Hələlik həmin şəxsin prezidenti aparan avtomobili hansı səbəbdən təqib etməsi müəyyənləşməyib.
Müəllif: Tural
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video


















.jpg)









.jpg)










