MDB
Rusiya Qərbi hədələdi: Ukrayna üçün PUA istehsal edən obyektlər vurulacaq
Rusiya Belqoroda hücumlara cavab olaraq Ukrayna üçün pilotsuz uçuş aparatlarının (PUA) istehsal edildiyi Qərb ölkələrindəki obyektlərə zərbə endirə bilər.
Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik "News.ru"ya açıqlamasında deyib.
Deputat bildirib ki, PUA-ların haradan buraxıldığı müəyyənləşdirilməli və onların istehsalından tutmuş tədarükünə qədər bütün zəncir məhv edilməlidir. Onun sözlərinə görə, Qərb ölkələrində PUA-ların yığıldığı müəssisələr Rusiyanın hədəfində ola bilər.
Kolesnik hesab edir ki, belə obyektlərə ciddi zərbələr endirilməsi Qərbə Rusiyanın niyyətinin ciddi olduğunu göstərəcək.
O, həmçinin bildirib ki, Kiyevin müttəfiqləri belə bir ssenariyə inanmırlar və Moskva onları bu mövqedən daşındırmalıdır.
Adəm
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video

















.jpg)










.jpg)










