MDB
Zaxarova Kallası Şapoklyakla müqayisə etdi: Yaxşı əməllərlə məşhurlaşmaq olmaz
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallası “Çeburaşka” cizgi filmindəki Şapoklyak obrazı ilə müqayisə edib.
Publika.az xəbər verir ki, Zaxarova bu barədə “Kp.ru”ya açıqlamasında danışıb.
Diplomat Kallasın Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazırlanması ilə bağlı açıqlamasına ironik münasibət bildirib.
“Şapoklyak da eyni prinsiplə yaşayırdı: "İnsanlara kömək edən vaxtını boş yerə sərf edir - yaxşı əməllərlə məşhurlaşmaq olmaz”, - deyə Zaxarova bildirib.
Qeyd edək ki, Kallas avqustun 17-də Avropa İttifaqının Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin 2022-ci ildən bəri ən genişmiqyaslı paket olacağını açıqlayıb. Onun sözlərinə görə, yeni sanksiya təzyiqinin bu payızdan başlanması planlaşdırılır.
Xatırladaq ki, iyulun 23-də Aİ-nin 21-ci sanksiyalar paketi çərçivəsində 170 təşkilat və 48 fiziki şəxsə qarşı məhdudiyyətlər tətbiq edilmişdi. Sanksiya siyahısına 94 Rusiya və 4 xarici bank, həmçinin 33 kredit-maliyyə təşkilatı daxil edilmişdi.
Müəllif: Adəm
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video


















.jpg)









.jpg)










